Tarix : 2015 Jul 04
Kod 46131

Dilqəm Əsgərov bağışlanması üçünü Bako Saakayana müraciət etməkdən imtina edib

Dilqəm Əsgərov bağışlanması üçün işğalçılara müraciət etməyib

Arannews - Ötən ilin iyulunda Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərə girov düşmüş və qondarma “Dağlıq Qarabağ Respublikasında” qondarma “məhkəmənin” qərarı ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov bağışlanması üçün separatçılara müraciət etməyib .

 bu barədə “məhkəmədə” azərbaycanlı girovun “vəkili” qismində çıxış edən Erik Beqlaryan açıqlama verib .

Beqlaryanın sözlərinə görə, Əsgərov bağışlanması üçünü qondarma “respublikanın” “prezidenti” Bako Saakayana müraciət etməkdən imtina edib .

Xatırladaq ki, qondarma “məhkəmənin” qərarı ilə öz doğma torpaqlarını, yaxınlarının məzarlarını ziyarət etmək üçün işğal altında olan Kəlbəcər rayonuna keçmiş və girov götürülmüş Dilqəm Əsgərov ömürlük, onunla birlikdə olmuş Həsən Quliyev 22 il müddətində azadlıqdan məhrum edilib.

  • Yazılıb
  • da (də) 2015 Jul 04