Tarix : 2015 Jul 04
Kod 46130

Rusiya, İran, Azərbaycan və Qazaxıstan Xəzərdə kollektiv təhlükəsizlik sisteminin yaradılmasına dair məsləhətləşmələr keçirəcək

Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması məsələsi...

Arannews - Rusiya  Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanı Viktor Çirkov İran,  Azərbaycan və Qazaxıstan  HDQ komandanları ilə Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması ilə bağlı oktyabrda Rusiyada məsləhətləşmələrin aparılmasına dair razılığa gəlib.

bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb .

Məlumata görə,  Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması məsələsi Sankt Peterburq Beynəlxalq Hərbi-Dəniz Salonu çərçivəsində admiral Çirkovun İran, Azərbaycan və Qazaxıstanın nümayəndə heyətləri ilə keçirdiyi işgüzar görüşü zamanı müzakirə olunub

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər məşvərətçi orqan olacaq  Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin Komandanları Komitəsinin təsis olunmasının və Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Sazişin  imzalanmasının mümkünlüyünü müzakirə ediblər .   

 Rusiya  Hərbi Dəniz Qüvvələrinin baş komandanı Viktor Çirkov ilə görüş zamanı nümayəndə heyətləri qeyd olunan istiqamətlər üzrə bundan sonra da birgə işləməyə hazır olduqlarını bildiriblər və oktyabrda Rusiyada müvafiq məsləhətləşmələrin birinci raundunun keçirilməsinə dair razılığa gəliblər”, deyə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub .

  • Yazılıb
  • da (də) 2015 Jul 04