Tarix : 2015 Jul 02
Kod 46129

Azərbaycan Respublikası XİN Küveytdəki terror hücumunu pisləyib

Azərbaycan Respublikası dünya ictimaiyyətinin terrorçuluqla mübarizə üzrə səylərini ciddi surətdə dəstəkləyir və terrorçuluqla mübarizədə Küveyt xalqı ilə öz həmrəylik və yekdilliyini elan edir.

Arannews - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Küveytdəki terror hücumunu pisləyib .

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti bir bəyanat yayıb, iyunun 26-da Küveytdəki bir məsciddə törədilmiş terror hücumunu pisləyərək, hadisədən zərərçəkənlərin ailələrinə başsağlığı verib .

Bu bəyanatda həmçinin deyilir ki, Azərbaycan Respublikası dünya ictimaiyyətinin terrorçuluqla mübarizə üzrə səylərini ciddi surətdə dəstəkləyir və terrorçuluqla mübarizədə Küveyt xalqı ilə öz həmrəylik və yekdilliyini elan edir .

Ötən cümə günü bir kamikadze Küveytin Səvabər məntəqəsindəki İmam Sadiq(ə) məscidinə daxil olub, özünü partlatmaqla oruc ağızlı namazqılanlardan 27 nəfərin şəhid olması, 200-dən yuxarı insanın isə yaralanması və ya zədələnməsinə bais olub .

Bu faciədə 3 iranlı şəhid olub, 11 iranlı da aldığı yaraya görə, Küveyt xəstəxanalarına yatırılıb.

  • Yazılıb
  • da (də) 2015 Jul 02