Tarix : 2015 Jul 02
Kod 46127

İslamçı məhbusdan xəbər var

Vəkil : Araz Quliyevin səhhətində də heç bir problem yoxdur

Arannews - "Araz Quliyevin səhhəti yaxşıdır. Ailə üzvlərinə və möminlərə salamı var. Həbsxanadakı  vəziyyətdən də hələ ki, narahatçılığı yoxdur”.

Bu fikri islamçı məhbus, baş redaktor Araz Quliyevin vəkili Yavər Hüseynov deyib.

Vəkil müvəkkili A.Quliyevlə görüşdüyünü bildirib.

O qeyd edib ki, Qobustan qapalı tipli həbsxanada (krıtı) islamçı məhbus  Araz Quliyev ilə görüşüb və A.Quliyevin vəziyyətinin yaxşı olduğunu deyib. Onun sözlərinə görə, A.Quliyevin səhhətində də heç bir problem yoxdur. "Həbsxana şəraitindən də ciddi narahatlıq ifadə etməyib", - deyə vəkil Y.Hüseynov A.Quliyev haqda danışarkən deyib.

Xatırladaq ki, Araz Quliyev 2012-ci il sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərməkdə, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutulub. Dekabrın 11-də isə jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələrində nəzərdə tutulan ittihamlar irəli sürülüb. 5 aprel 2013-cü il tarixində Lənkəran Ağır Cinayətlər Məhkəməsi Araz Quliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb .

  • Yazılıb
  • da (də) 2015 Jul 02