Tarix : 2015 Jul 02
Kod 46126

İŞİD-DƏ DÖYÜŞƏN AZƏRBAYCANLILARA AĞIR CƏZA

Məhkəmənin hökmü ilə Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, ata-oğul Vüqar və Elvin Dursunəliyev...

Arannews - Bakı Ağır Cinayətlər Məhkəməsində  İŞİD terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edən Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, ata-oğul Vüqar və Elvin Dursunəliyevlərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb

hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub .

Məhkəmənin hökmü ilə Vilayət Həsənli 14 il, Vasif Hacıyev 14 il, İlkin Babazadə 14 il, Mehman Balakişiyev 14 il, Malik Musayev 13,5 il, Azər Qəmbərov 13,5 il, Vüsal Bayramov 14 il, Samir Həşimov 14 il, Vüqar Dursunəliyev 15 il, Elvin Dursunəliyev isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər .

  • Yazılıb
  • da (də) 2015 Jul 02