Tarix : 2015 Jul 02
Kod 46123

Azərbaycan Milli Məclisinin sədri ATƏT PA-nın prezidentinə məktub göndərib

Oqtay Əsədovun məktubunda ATƏT PA-nın müşahidə missiyası bu il Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün dəvət olunur.

Arannews - Oqtay Əsədov ATƏT Parlament Assambleyasının prezidentinə məktub göndərib

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının (PA) prezidenti İlkka Kanervaya məktub göndərib .

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradovanin dediyinə görə, O. Əsədovun məktubunda ATƏT PA-nın müşahidə missiyası bu il Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün dəvət olunur .

 B. Muradova bildirib  ki, ATƏT PA-nın iyulun 5-9-da Helsinkidə keçiriləcək illik sessiyasında bu məsələ açıq elan olunacaq və parlamentarilərdən müşahidəçi olaraq kim iştirak etmək istəyəcəksə, qeydə alınacaq: “Təbii ki, ATƏT PA-nın müşahidə missiyası bizim dəvətimiz əsasında parlament seçkilərində iştirak edəcək ”.

  • Yazılıb
  • da (də) 2015 Jul 02