Tarix : 2015 Jul 01
Kod 46119

AİP liderinin "kars"a salınmasının səbəbi məlum oldu

Haci Mövsüm Səmədov kamera yoldaşına edilən haqsızlığa və dözülməz münasibətə etiraz etdiyi üçün sərt şəkildə cəzalandırılaraq 15 günlük “kars”a salınıbmış.

Arannews - İyun ayının 29-da Qobustanda, qapalı həbsxanada AİP liderinə ailəsilə görüşə izin verilib .

bu görüş çətinliklə baş tutub. Onlar bir neçə saat səbəbsiz gözlədilib, evdən gətirilən sovqatın qəbul edilməsi saatlarla vaxt aparıb.   

Mövsüm Səmədovun "kars"a salınması haqda mətbuatda yayılan xəbərlərə isə, onun özü aydınlıq gətirib.

 Ailə üzvlərinin dediyinə görə, hacı kamera yoldaşına edilən haqsızlığa və dözülməz münasibətə etiraz etdiyi üçün sərt şəkildə cəzalandırılaraq 15 günlük “kars”a salınıbmış.   Həmçinin, Mövsüm Səmədovun səhhətinin və mənəvi durumunun qaydasında olduğunu bidirən AİP liderinin ailəsi,  AİP sədrinin müqəddəs Ramazan ayının gəlişi münasibətilə bütün Azərbaycan xalqını təbrik etməsini də önə çəkiblər: “Mübarək ay xalqımıza sağlamlıq, bərəkət, azadlıq və xoş güzəran gətirsin. Bu xeyirli günlərdə dualarınız qəbul olsun. Dualarınızı əskik etməyin ”.

  • Yazılıb
  • da (də) 2015 Jul 01