Tarix : 2015 Jul 01
Kod 46118

Bako Saakyan Boyuk Britaniyaya Səfər Edəcək

Londonda Dağlıq Qarabağ ətrafında vəziyyətin, regional təhlükəsizliyin və müxtəlif subyektlər arasında münasibətlərin müzakirəsi...

Chatham House – Britaniyanın beynəlxalq münasibətlər sahəsində analitika mərkəzi kimi tanınan Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu (The Royal Institute of International Affairs) iyulun 8-də Londonda Dağlıq Qarabağ ətrafında vəziyyətin, regional təhlükəsizliyin və müxtəlif subyektlər arasında münasibətlərin müzakirəsini keçirəcək .

Spiker kimi Bako Saakyan dəvət edilib. Chatham House onu “de-fakto Dağlıq Qarabağ Respublikasının prezidenti” kimi təqdim edir. Baxmayaraq ki, məlum olduğu kimi, Böyük Britaniya işğal edilmiş Dağlıq Qarabağda prezident və parlament seçkilərini legitim hesab etməyib və Azərbaycanın ərazi bütövlüyünü tanıyır .

Tədbirin Turan agentliyinin əlinə keçən proqramına əsasən, Saakyan erməni dilində çıxış edəcək, daha sonra bir saat ərzində sualları cavablandıracaq .

Tədbiri Chatham House-un “Rusiya və Avrasiya” Proqramı həyata keçirir.

  • Yazılıb
  • da (də) 2015 Jul 01