Tarix : 2015 Jul 01
Kod 46117

Putin və Sarkisyan arasında telefon danışığı olub

prezidentlərin telefon danışığında Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki əməkdaşlıq müzakirə olunub və münasibətlərin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb .

Arannews - İrəvanda gedən etirazlar fonunda Rusiya prezidenti Vladimir Putin Serj Sarkisyanla əlaqə saxlayıb .

Putinlə Ermənistan prezidenti arasındakı telefon əlaqəsi ilə bağlı Kremlin mətbuat xidməti xəbər yayıb .

Xəbərdə deyilir ki, prezidentlərin telefon danışığında Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki əməkdaşlıq müzakirə olunub və münasibətlərin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb .

Həmçinin söhbət zamanı Rusiya ilə Ermənistan arasındakı əlaqələr toxunulub .

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə RİA Novosti-yə bildirib ki, telefon söhbəti zamanı Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasından yaranan böhranlı vəziyyət müzakirə edilməyib .

"Elektrik enerjisi tarifləri, bu, belə deyək də, Ermənistan daxili məsələdir və şübhəsiz ki, Rusiya Federasiyası ilə müzakirə oluna bilməz", — deyə Dmitri Peskov qeyd edib.

  • Yazılıb
  • da (də) 2015 Jul 01