Tarix : 2015 Jun 24
Kod 46089

Almaniya Azərbaycana qarşı ideoloji müharibə aparır

Azərbaycan Milli Məclisin deputatı, politoloq Asim Mollazadə Almaniyanın bəzi siyasi dairələrinin nümayəndələrinin antiazərbaycan çıxışını şərh edərkən...

Arannews - Azərbaycan Milli Məclisin deputatı, politoloq Asim Mollazadə Almaniyanın bəzi siyasi dairələrinin nümayəndələrinin antiazərbaycan çıxışını şərh edərkən, Almaniyanın Azərbaycan qarşı ideoloji müharibə apardığını deyib.

Asim Mollazadə Almaniyada müəyyən dairələr, erməni diasporu təşkilatları, sənaye qrupları ilə bağlı kifayət qədər böyük siyasətçilər qrupu və media nümayəndələri Azərbaycanın əleyhinə çıxış etdiyini deyib: "Onlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyində çox vacib rol oynamasından narahatdırlar".

A.Mollazadə bu qruplar üçün demokratiya, insan haqları məsələlərinin əsas təzyiq metodu olduğunu da deyib: "Bu yaxınlarda Yerevanda ATƏT-in Minsk qrupunun Fransadan olan keçmiş həmsədri Jak For bəyan etmişdi ki, "Azərbaycana qarşı təzyiq metodlarımız yoxdur". Məgər siz Azərbaycana təzyiq etməlisiniz?! Azərbaycan Ermənistan torpaqlarını işğal etməyib, əksinə olub".

Millət vəkili insan haqları və demokratiya məsələlərində ikili rəftarı da tənqid edib və deyib: "Dünən Ermənistanda mitinqin dağıdılması zamanı jurnalistlər döyülüb və həbs edilib. Amma, Azərbaycana qarşı ideoloji müharibənin iştirakçılarından heç biri buna öz etirazını bildirməyib".  

  • Yazılıb
  • da (də) 2015 Jun 24