Tarix : 2015 Jun 23
Kod 46084

İrəvanda etiraz aksiyasının dağıdılması nəticəsində 237 nəfər saxlanılıb

Paytaxtdakı polis idarələri dolduğu üçün saxlanılanların bir hissəsi Abovyan və Aştarak şəhərlərinin həbsxanalarına aparılıb

Arannews – İrəvanda keçirilən etiraz aksiyasının 237 iştirakçısı saxlanılıb.

APA-nın Ermənistan paytaxti İrəvandaki polis idarələri dolduğu üçün saxlanılanların bir hissəsi Abovyan və Aştarak şəhərlərinin həbsxanalarına aparılıb.

Qeyd edək ki, səhər saatlarında Ermənistan polisi İrəvanın mərkəzindəki oturaq aksiyanı dağıdıb. Aksiya iştirakçıları ölkədə elektrik enerjisi tariflərinin artırılmasına etiraz ediblər.

  • Yazılıb
  • da (də) 2015 Jun 23