Tarix : 2015 Jun 21
Kod 46067

Gürcüstan polisi İŞİD-ə qarşı xüsusi əməliyyat keçirdi

Əməliyyat zamanı İŞİD terror qruplaşmasının Gürcüstan təmsilçisi Ayub Borçaşvili həbs edilib.

Arannews -Gürcüstan Polisinin xüsusi təyinatlıları İŞİD-ə qarşı şok əməliyyat keçirib. Əməliyyat zamanı İŞİD terror qruplaşmasının Gürcüstan təmsilçisi Ayub Borçaşvili həbs edilib.

Pankisidə yeniyetmə və gəncləri İŞİD-ə döyüş üçün göndərən Borçaşvilinin evindən,  İŞİD-ə aid kitab və SD-lər aşkar edilib götürülüb. Əməliyyat sirri olduğunu görə, adları çəkilməyən iki gənc onun vasitəsilə məhz İstanbula göndərilmiş və daha sonra İŞİD xəvariclərinin səflərinə yerləşdirilmişdir.

Xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı daha iki gənc İŞİD üçün göndərildiyi zaman Tbilisi hava limanında saxlanılıblar. Hazırda istintaqın başladığı və İŞİD-ə bağlı digər şəxslərin aşkarlanması istiqamətində geniş əməliyyat tədbirlərinin davam etdiyi bildirilir. Qeyd edək ki, Gürcüstandakı Çeçen İcmasının yaydığı məlumata görə, ötən il Gürcüstandan 200 nəfər Suriya ərazisinə gedərək İŞİD-ə qatılıb . / İslamazeri

  • Yazılıb
  • da (də) 2015 Jun 21