Tarix : 2015 Jun 21
Kod 46065

Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətva yanlışdır

.Qafqaz Müsəlmanları İdarəsi orucun təqvimi, azanın vaxtını deməklə məşğul olmalıdır. fətvanı müştehid verməlidir

Arannews - Qafqaz Müsəlmanları İdarəsinin mübarək Ramazan ayının Bakıda keçirilən 1-ci Avropa Oyunları ilə bir vaxta təsadüf etməsi ilə bağlı fətvası birmənalı qarşılanmayıb .

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Birinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançılarının müraciətlərini nəzərə alaraq bildirib ki, yarışlarda iştirak edən idmançılar bu ay oruc tutmaya bilər .

Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimov bildirib ki, QMİ-nin verdiyi fətva yanlışdır .

Hacı Natiq Kərimov deyib: "Qafqaz Müsəlmanları İdarəsi orucun təqvimi, azanın vaxtını deməklə məşğul olmalıdır. Oruc tutmaq insanın şəxsi işidir. Belə bir məsələdə fətvanı müştehid verməlidir, əgər idman yarışı zamanı oruc tutmaq yasaq olsaydı, bu barədə müştehidlərin fikiri olardı. Bildiyimiz kimi orucu hansı halda tutmamağın qaydaları açıq-aydın götərilib və bu qaydalar yüz illərdir dəyişmir, QMİ-nin verdiyi fətva yanlışdır."

  • Yazılıb
  • da (də) 2015 Jun 21