Tarix : 2015 May 28
Kod 45979

Rusiya Ermənistana yeni texnika verir

Rusiya Ermənistana yeni kəşfiyyat qurğuları göndərdi

Arannews _ Rusiya Ermənistandakı hərbi bazasının silahlanmasına BTR-80 zirehli transportyorun bazasında “İnfauna” radioelektron mübarizə vasitəsi (REM) daxil edib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Yeni texnika ilə iyun ayından etibarən şəxsi heyətin təlimləri keçiriləcək.

Geniş diapozonlu, yüksək sürətli radio kəşfiyyatının aparılması üçün nəzərdə tutulan “İnfauna” eyni zamanda şəxsi heyətin və obyektlərin radiosiqnallarla idarə olunan mina-partlayıcı qurğulardan mühafizəsi, rəqibin optic və radiotexniki kəşfiyyat vasitələri ilə mübarizə aparmaq imkanına malikdir.

 “İnfauna” REM kompleksinin növbəti partiyası isə 102-ci bazanın silahlanmasına cari ilin sonuna qədər daxil olacaq.

 

  • Yazılıb
  • da (də) 2015 May 28