Tarix : 2015 May 28
Kod 45977

Nardaranda etiraz aksiyasi keçirilib

Aksiyada çıxış edənlər müsəlman aləmində baş verən bir sıra hadisələr, o cümlədən Səudiyyə və onunla həmrəy olan bir neçə dövlətin Yəmən xalqının başına göydən od yağdırmaqlarının nə müsəlmançılığa, nə də insanlığa yaraşan davranışlar olmadığını bəyanlayıblar.

Arannews _ Nardaranda Yəmən xalqına dəstək və Ərəbistanın nüfuzlu din alimlərindən olan Ayətullah Şeyx Baqir Nimr haqqında verilən edam qərarına etiraz məqsədilə aksiya keçirilib. Aksiyada çıxış edənlər müsəlman aləmində baş verən bir sıra hadisələr, o cümlədən Səudiyyə və onunla həmrəy olan bir neçə dövlətin Yəmən xalqının başına göydən od yağdırmaqlarının nə müsəlmançılığa, nə də insanlığa yaraşan davranışlar olmadığını bəyanlayıblar .

Aksiyada qəbul edilmiş bəyanatda deyilir :

Səudiyyə Ərəbistanının ABŞ və bəzi ərəb dövlətlərinin dəstəyi ilə Yəmənə qarşı həyata keçirdiyi geniş hücumlar nəticəsində indiyədək minlərlə dinc sakin həlak olub və yaralanıb. Yəməndə gedən qırğın və bu ölkənin iqtisadi infrastrukturunun, tarixi, dini abidələrinin, məktəb və xəstəxanalarının dağıdılması ümumdünya konvensiyalarına əsasən hərbi cinayətdir və beynəlxalq ictimaiyyət bu cinayətləri pisləməlidir. Səudiyyə Ərəbistanı da BMT-yə üzv dövlət kimi BMT Nizamnaməsinin müddəalarına və digər beynəlxalq qanunlara, o cümlədən ölkələrə qarşı güc tətbiq edilməməsi, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması, xalqların öz müqəddəratını təyin etmə hüququ kimi prinsiplərə sadiq qalmalıdır. İslam Əməkdaşlıq Təşkilatı öz nizamnaməsində üzv ölkələrin hüquqlarına dəstək barədəki öhdəliklərinə əməl etməli və təcavüzkarlara qarşı cəzalandırıcı, siyasi tədbirlər həyata keçirməlidirlər .

Eyni zamanda, Ərəbistanın nüfuzlu din alimlərindən olan Ayətullah Şeyx Baqir Nimr haqqında verilən edam qərarı əleyhinə etiraz aksiyaları dünyanın bir çox ölkəsində, hətta Ərəbistanın daxilində də geniş miqyas almışdır. Bundan əvvəl də bir neçə dəfə Səudiyyə rejimi tərəfindən həbs olunan və bir çox işgəncə görən Ayətullah Nimr yalnız şiələrə qarşı ikinci dərəcəli vətəndaş kimi rəftara etiraz etdiyi üçün Səudiyyə qüvvələrinin vəhşi silahlı hücumuna uğramış, yaralı şəkildə həbs olunmuş və edam cəzasına məhkum edilmişdi .

Dini təqlid mərcəiləri və dini liderlər də müxtəlif bəyanatlar verərək, Səudiyyə Ərəbistanı rəhbərliyindən bu edam qərarından imtina etməsini və Şeyx Nimri sərbəst buraxmasını istəmişlər .

Nardaran camaatı da bütün sülhsevər və ədalət axtaranlarla yanaşı bu haqsızlıqlara etiraz edir, Yəmən xalqının yanında olduqlarını bəyan edərək, bütün qanunsuzluqlara son verilməsini, eyni zamanda Ayətullah Şeyx Baqir Nimr haqqında verilən edam qərarının tez bir zamanda ləğv edilərək, dəyərli İslam aliminin azadlığa buraxılmasını tələb edir.”

  • Yazılıb
  • da (də) 2015 May 28