Tarix : 2015 May 27
Kod 45974

Akif Heydərli : Səudiyyə Ərəbistanının Yəməndəki cinayətləri Amerikanın dəstəyi ilə törədilir

Azərbaycan Respublikası İslam partiyasının siyasi məsələlər üzrə sədr müavini deyib: Yəmən xalqı Səudiyyə Ərəbistanının cinayətlərini və günahsız insanları kütləvi qırğın etməsini unutmayacaq.

Arannews - Hacı Akif Heydərli Səudiyyə Ərəbistanı rejiminin müsəlman və şiə Yəmənə hücumu və günahsız insanları kütləvi qırğın etməsinə dair cinayətkarlığını pisləyərək deyib: İslam dünyaskındakı İslami Oyanışdan qorxuya düşən və bu hərəkəti ilə öz hakimiyyətinin təhlükəsizliyi və mənafeyini təmin etməyə çalışan Səudiyyə Ərəbistanının müstəbid və diktator rejimi nəticə əldə edə bilməyəcək.

Heydərli əlavə edib: Səudiyyə Ərəbistanının Yəməndəki cinayətləri Amerikanın dəstəyi ilə törədilir və bu cinayətlər ABŞ və Səudiyyə Ərəbistanının bölgədəki xəbis mahiyyətini göstərir. AİP-in sədr müavini qanuni azadlıqlarının təmin olunması və ölkələrinin müstəqilliyi üzrə Yəmən xalqının mübarizələrini haqlı hesab edib .

  • Yazılıb
  • da (də) 2015 May 27