Tarix : 2015 May 27
Kod 45971

Ermənistanin 2 tanınmış idmançisi Bakıya getməkdən imtina ediblər

Arsen Culfalakyan və Artur Aleksanyan Bakıya getməkdən imtina ediblər.

Arannews - Ermənistan Olimpiya Komitəsi Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarına 25 idmançı göndərəcəyini açıqlayıb .

Məlumata görə, 2 tanınmış idmançı - olimpiya oyunlarının gümüş mükafatçısı Arsen Culfalakyan və olimpiadanın bürünc mükafatçısı Artur Aleksanyan Bakıya getməkdən imtina ediblər .

Ermənistan güləş millisinin olimpiya mükafatçısı Arsen Culfalakyan Bakıda erməni idmançılara qarşı psixoloji təzyiqlərin olacağından ehtiyatlandığını bıldirsədə Ermənistan Olimpiya Komitəsinin rəhbəri Graçya Rostamyan təhlükəsizlik məsələlərinin həll edildiyini və bu baxımdan erməni atletlərə heç bir problem olmadığını qeyd edib .

Qeyd edək ki, erməni idmançılar Bakıda atıcılıq, taekvando, cüdo, boks və s. idman növlərində yarışacaqlar .

  • Yazılıb
  • da (də) 2015 May 27