Tarix : 2015 May 27
Kod 45969

Ermənistanın silahlı qüvvələri dərhal və birdəfəlik işğal olunmuş Azərbaycan ərazilərini tərk etsinlər

Azərbaycan MN : erməni xalqı öz rəhbərliyindən tələb etməlidir ki, Ermənistanın silahlı qüvvələri dərhal və birdəfəlik işğal olunmuş Azərbaycan ərazilərini tərk etsinlər

Arannews - “Ermənistan müdafiə naziri Seyran Ohanyanın mayın 25-də parlamentdəki brifinqdə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi və cəbhədəki vəziyyətə dair səsləndirdiyi fikirlər onun xarakterinə uyğun boş bəyanatlar və vədlər silsiləsindəndir ”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər :

 “Deyəsən Ermənistanın hərbi-siyasi rəhbərliyi 2014-cü ildə və bu il ərzində cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb. Əgər erməni xalqı növbəti dəfə bu cür zərbələrə məruz qalmaq, evlərinə onlarla tabutun gəlməsini istəmirsə, öz rəhbərliyindən tələb etməlidir ki, Ermənistanın silahlı qüvvələri dərhal və birdəfəlik işğal olunmuş Azərbaycan ərazilərini tərk etsinlər”.

  • Yazılıb
  • da (də) 2015 May 27