Tarix : 2015 May 26
Kod 45966

Ərdoğanın oğlu ilə bağlı şok iddia

Bilal Ərdoğan Misir pasportu ilə Gürcüstana qaçıb.

Arannews – Misirin devrilmiş prezidenti Məhəmməd Mursi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğana 13 aprel 2013-cü ildə vətəndaşlıq verib .

 bu barədə Misirin “Almasry Alyoum” qəzeti yazıb. Qəzetin xəbərinə görə, 25 dekabr sui-istifadə və rüşvət əməliyyatlarından dərhal sonra Bilal Ərdoğan Misir pasportu ilə Gürcüstana qaçıb .

Hazırda Bilal Ərdoğanın Misir vətəndaşlığının ləğvi üçün məhkəməyə müraciət edildiyi və məhkəmə prosesinin bu il oktyabrın 11-ə təxirə salındığı bildi .

Qeyd edək ki, 25 dekabr 2013-cü ildə prokuror Müəmmər Akkaş sui-istifadə və rüşvət əməliyyatlarında şübhəli olduğu üçün Bilal Ərdoğanın istintaq idarəsinə çağırılması barədə qərar vermişdi. Ancaq İstanbul Baş Polis İdarəsi yetərli sübut olmadığı üçün bu qərarı tətbiq etməmişdi.


  • Yazılıb
  • da (də) 2015 May 26