Tarix : 2015 May 25
Kod 45961

ABŞ tərəfindən Azərbaycan Xalqina həqarət misiyasi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müfəttişi Kamal Eynullayevin qızı Elnarə Eynullayeva Amerika senatorunun müşavirinin qızı Rozali Hyus Fazioə ərə gedib .

Arannews - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müfəttişi  Kamal Eynullayevin qızı Elnarə Eynullayeva Amerika senatorunun müşavirinin qızı  Rozali Hyus Fazioə ərə gedib . Toy Amerikanın Massaçusets ştatının Kuins şəhərində baş tutub .

Onların şahidləri qismində Massaçusets ştatının senatoru Maykl Barrett iştirak edib .

Cütlük Fazio-Eynullayeva soyadını götürəcək .

Qeyd edək ki, 32 yaşlı xanım Fazio senator Barretin qanuni məslətçisidir .

Bu toy  bir sıra amerikalı jurnalistləri özünə cəlb edib və hətta avtoritar The New York Times belə bu haqda yazıb .

  28 yaşlı Eynullayeva  Trinity Partners-də səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis işləyir. Massaçusets Universitetiniəla qiyümətlərlə bitirib və Kommektikut Universitetində magistr dərəcəsi alıb. Atası Kamal Eynullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mexanika müfəttişidir. Anası Tünzalə Eynullayeva Massaçusets ştatında yaşayır, özünün “Dilaura Naturals” dəriyə qulluq üçün kosmetik vasitələr istehsal edən şirkəti var, eyni zamanda, Sprinqfild məktəbində yarımştat müəllim kimi çalışır .

Xatırladaq ki, Massaçusets ştatında eynicinslərin nikahı qanunidir .

Onu da qeyd edək ki, bu Elnarə Eynullayevanın ilk nikahı deyil. Onun bundan əvvəlki evliliyi  boşanma ilə bitib.

  • Yazılıb
  • da (də) 2015 May 25