Tarix : 2015 May 24
Kod 45947

Bu gün Xürrəmşəhr şəhərinin 1982-ci ildə azad edilməsinin ildönümü günüdür

Bu gün İran İslam Respublikası təqvimində müqavimət, şücaət və fədakarlıq günü adlandırılıbdır.

Xordadın üçü Xürrəmşəhrin azad edilməsinin ildönümü günü, müqəddəs müdafiə dövrünün yadda qalan iftixarlarından və hədəfə çatmaq üçün İran xalqının iradəsinin nişanəsi və fədakarlıq və müqavimətin simvoludur.

Arannews - Bu gün, xordadın üçü, mayın 24-ü, İranın cənub-qərbində yerləşən Xürrəmşəhr şəhərinin 1982-ci ildə azad edilməsinin ildönümü günüdür.

Bu gün İran İslam Respublikası təqvimində müqavimət, şücaət və fədakarlıq günü adlandırılıbdır. Otuz üç il bundan öncə belə bir gündə beş yüz yetmiş beş gün işğaldan sonra İraqın İrana qarşı müharibənin ilk aylarında düşmən tərəfindən işğal olunmuş Xürrəmşəhr şəhəri azad edildi. Xürrəmşəhrin azadlığı düşmənin və İraqın Bəəs rejiminin hamilərinin mürəkkəb hərbi hesablamalarını pozdu və qəbul etdirilmiş müharibənin taleyində yeni şərait yaratdı. Buna görə, Xürrəmşəhrin azad edilməsi bir qəhrəmanlığa çevrildi.

Bu qəhrəmanlıq İran xalqı üçün böyük təsirlərə və əlbəttə, İran xalqının düşmənləri üçün ibrətamiz dərsi oldu. Xürrəmşəhrin azad edilməsi göstərdi ki, müqavimət, iman, etiqad və birliklə öz hüququnu müdafiə edən bir xalq öz müqavimətinin nəticəsini təcavüzkar düşmən üzərində qələbədə əldə edir və belə bir parametr hər bir şəraitdə və hər bir mövzu ilə İran xalqının iradəsinə söykənməklə daim davam edəcək. 

  • Yazılıb
  • da (də) 2015 May 24