Tarix : 2015 May 24
Kod 45945

İran İslam İnqilabının Böyük Rəhbəri Beynəlxalq Quran Müsabiqəsi iştirakçıları ilə görüşüblər

Həzrət Ayətullahülüzma Xamenei : Əgər Quranın ali məqsədlərinə doğru bir addım atılarsa, Allah Tala daha artıq güc vermiş olacaq və zorakılıqlar qarşısında müqavimət göstərməklə, daha artıq potensiallara yiyələnmək və daha artıq ümidvar olmaq olar.

İslam İnqilabının Böyük Rəhbəri : İslam Dünyasının hazırkı problemlərinin çarəsi Quranın göstərişlərinə təslim olmaq və modern cahilliyə təslim olmamaq, onun zorakılıqları qarşısında müqavimət göstərməkdir.

Arannews - İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei şənbə günü Həzrət Əbülfəzl Abbas(ə)-ın mübarək mövludu günündə Tehranda keçirilən Beynəlxalq Quran Müsabiqəsi iştirakçıları ilə görüşdə deyiblər: Bu gün təəssüflər olsun ki, İslam Dünyası zəiflik, yoxsulluq, ixtilaf və cəhalət quruluşunun təzyiqlərindən qaynaqlanan daxili müharibələrdən əziyyət çəkir. Bu qəbul etdirilmiş təzyiqlər qarşısında yeganə mübarizə yolu Quran-Kərimə təslim və onun ali məqsədlərinə doğru hərəkət etmək üçün güclü iradəyə sahib olmaqdır. İnqilab Rəhbəri əlavə ediblər: Əgər Quranın ali məqsədlərinə doğru bir addım atılarsa, Allah Tala daha artıq güc vermiş olacaq və zorakılıqlar qarşısında müqavimət göstərməklə, daha artıq potensiallara yiyələnmək və daha artıq ümidvar olmaq olar. Həzrət Ayətullahülüzma Xamenei İran xalqının zorakı qüdrətlər qarşısındakı müqavimətini İslam Dünyasının problemlərinə çarə olacaq dəyərli təcrübə adlandırıb və deyiblər: İslam Ümməti arasında ixtilaf törətmək bu gün düşmənin ən mühüm proqramlarından birini təşkil edir. Buna görə də, hamı ehtiyatlı olmalıdır ki, İslam və Quran ilə düşmən olanların carçısına çevrilib, ixtilaf fəryadını yüksəltməsin. İnqilab Rəhbəri ixtilafa xidmət edən istənilən tərəfin düşmənin ixtilaf carçısı olduğunu bildirib və əlavə ediblər: Şiə və sünni, ərəb və əcəm, etnoslar və milli təəssübkeşkik adı altında törədilən ixtilaflar İslam Ümmətinin bədxahlarının gündəmində duran əsas məsələlərdəndir. Bu fitnənin qarşısında isə "bəsirət" və "əzmkarlıq"la dayanmaq lazımdır. Həzrət Ayətullahülüzma Xamenei alimlər, ziyalılar, yazıçılar, tələbələr, tədqiqatçılar və Quran hafizləri və qiraətçilərinin üzərinə daha artıq məsluiyyət düşdüyünü bildirib və deyiblər: Xalqda Quranın dəvət etdiyi yola inam və ümidvarlıq hissi yaradılmalıdır. İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: İslami Oyanış elə bir həqiqətdir ki, onu məhv etmək mümkün deyil və onun təsirləri hər gün daha artıq yayılmış olacaq.

  • Yazılıb
  • da (də) 2015 May 24