Tarix : 2015 May 23
Kod 45939

Türkiyədə 43 nəfər həbs olunub

Təhsil Nazirliyinin başçıları, həmçnin Konya universitetlərindən birinin sabiq rektoru həbs olunan şəxslərdəndirlər.

Arannews Türkiyədə təhlükəsizlik qüvvələrinin müxaliflərə qarşı yeni əməliyyatında 43 nəfər həbs olunub.
Frans-Press-in məlumatına görə, dünən keçirilmiş bu əməliyyatda təhlükəsizlik qüvvələri Konya şəhərinin mərkəzində 43 nəfəri həbs ediblər.

Bu məlumata görə, Təhsil Nazirliyinin başçıları, həmçnin Konya universitetlərindən birinin sabiq rektoru həbs olunan şəxslərdəndirlər.

Bundan öncə də Türkiyənin polis qüvvələri İstanbulda və 13 vilayətdə eyni vaxtda Türkiyə rəsmilərinin paralel dövlət adlandırdıqları Hizmet hərəkatı adlı qrupun tərəfdarlarına qarşı əməliyyat keçiriblər.

Türkiyə dövləti paralel dövlətin bu ölkənin polisi və məhkəmə aparatına nüfuz etdiyini iddia edir və onunla mübarizə üçün əməliyyata başlayıb.

  • Yazılıb
  • da (də) 2015 May 23