Tarix : 2015 May 23
Kod 45938

Möhsün Pakayin : Iran-Azərbaycan-Türkiyə sərhəd qoşunları komandalarının görüşü planlaşdırılır

İran Islam Respublikasinin Azərbaycandakı səfiri : Son illərdə Iran -Azərbaycan-Türkiyə arasında üçtərəfli əlaqlərə sahəsində ciddi işlər görülüb və əlaqələrimiz inkişaf etməkdədir.

Arannews Iran-Azərbaycan-Türkiyə sərhəd qoşunları komandanlarının üçtərəfli görüşü ilə bağlı hazırlıq işləri gedir. Bunu  açıqlamasında İran Islam Respublikasinin Azərbaycandakı səfiri  Möhsün Pakayin deyib.

“Son illərdə bu üç ölkə arasında üçtərəfli əlaqlərə sahəsində ciddi işlər görülüb və əlaqələrimiz inkişaf etməkdədir. Biz regional əməkdaşlığın inkiaşf etdirlməsində maraqlıyıq və bu istiqamətdə atılan bütün addımlara və təşəbbüslərə dəstək verməyə hazırıq”, - deyə səfir deyib.

səfirin sözlərinə görə, üçtərəfli formatda  Xarici İşlər Nazirləri səviyyəsində görüşlərin keçirilməsi ənənə halını alıb. “Artıq XİN başçılarının bir neçə dəfə belə görüşü keçirilib və növbəti belə bir görüşün iranın şimal bölgələrindəki şəhərlərdən birində keçrilməsi  nəzərdə tutulub. Hazırda növbəti görüşün reallaşamsı istiqamətində danışıqlar davam edir. Sadəcə tərəflərin iş qrafikinə gərginliyi görüşün reallaşdırılmasını ləngidir. Hər üç tərəf üçün münasib bir vaxt müəyyən edilən kimi görüş keçiriləck və burada hər hansı bir problem və yaxud maneə yoxdur”, - deyə Möhsün Pakayin qeyd edib.

Səfir onu da deyib ki, növbəti görüşdə də ənənəvi olaraq regional əməkdaşlığın inkişaf etdirlməsi,  regionda bə beynəlxalq aləmdə baş verən proseslər, təhlükəsizlik və sabitliyin  təmin olunması istiqamətində bir gə əməkdaşlıq və əlaqələrin koordinasiya olunması, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlıq məslələri müzakirə olunacaq.

Diplomat  bildirdi ki, bundan əlavə olaraq hər üç ölkənin İqtisadiyyat  nazirləri və sərhəd qoşunları komandalarının görüşü planlaşdırılır: “Biz bu görüşlərin cari ildə reallaşmasını istəyirik.  Ümid edirəm ki, bu görüşlər yaxın gələcəkdə reallaşacaq.”

 Sərhəd qoşunları komandanları arasındakı görüşün mahiyətinə gəldikdə diplomat bildirdi ki, Azərbaycanla İran arasında bu sahədə çox gözəl əməkdaşlıq var: “Biz bu sahədə uğurlu birgə əməkdaşlıq edirik. Xüsusən də beynəlxalq terrorizmə, nürkotik qaçaqmalçılığına və sərhəd pozucularının qarşısının alınmasında birgə əməkdaşlıq edirik. Əməkdaşlığımız dinamik inkişaf edir və mütəmadi olaraq ikitərəfli formatda görüşlırimzi keçirilir. Türkiyə ilə də yaxşı əməkdaşlığımız var isətəyirik ki,  ikitərəfli əməkdaşlıqla yanaşı üçtərəfli formatda da əməkdaşlığmızı inkişaf etdirək. Çünki bu əməkdaşlığın inkişaf etdidlməsi hər üç ölkənin maraqlarına uyğundur.”/moderator

  • Yazılıb
  • da (də) 2015 May 23