Tarix : 2015 May 23
Kod 45937

Azərbaycan Respublikasinda Əhl Beyt(ə) aşiqləri , İmam Hüseyn(ə)-ın mövlud günü münasibətilə xüsusi mərasimlər təşkil ediblər

Bakı, Gəncə, Lənkəran, Astara və Masallıda bu mərasimlər daha geniş formada keçirilib

Arannews Azərbaycanda Əhl Beyt(ə) aşiqləri , İmam Hüseyn(ə)-ın mövlud günü münasibətilə xüsusi mərasimlər təşkil və şənlik ediblər.

mömin əhali və dindar kəsim müqəddəs məkanlar və məscidlərdə olaraq, şəhidlər ağası İmam Hüseyn(ə)-ın mövlud günün qeyd ediblər. Bakı, Gəncə, Lənkəran, Astara və Masallıda bu mərasimlər daha geniş formada keçirilib.

Bakının Binə qəsəbəsində keçirilən Mövlud mərasimi isə daha yaddaqalan olub. Belə ki, yüzlərlə insanın qatıldığı bu mərasimdə Əhl Beyt(ə) məddahları şerlər oxuyublar. Həmçinin, İmam Hüseyn(ə)-ın şəxsi səciyyələri və fəzilətləri barədə çıxışlar edilib.

Mərasimdə çıxış edənlər İmam Hüseyn(ə)-ı eşq, fədakarlıq, azadəlik və şəhadət simvolu adlandırıb, Aşura məktəbi və Kərbəla qiyamının İslamın qorunmasındakı rolundan danışıblar.

  • Yazılıb
  • da (də) 2015 May 23