Tarix : 2015 May 23
Kod 45936

Səudiyyə Ərəbistanı və işğalçı İsrail rejimi ABŞ silahının ən çox alıcılarıdır

ABŞ Müdafiə Nazirliyi yayımladığı press-relizdə bildirib ki,...

Arannewsişğalçı İsrail rejimi və Səudiyyə ABŞ silahının əsas alıcılarıdırlar .

ABŞ Müdafiə Nazirliyi yayımladığı press-relizdə bildirib ki, Barak Obama Administrasiyası İsrail rejiminə lazer tuşlayıcı ilə təchiz edilən raket və bombaların, həmçinin 10 ədəd MH-60 vertolyotunun Səudiyyə Ərəbistanına satılmasına razılıq verib.

 ABŞ Konqressi 30 gün ərzində bu qərara baxmalıdır. Bu qərar həmçinin İsrail rejiminə sərbəst uçuşlu bombalara quraşdırmaq üçün 14500 ədəd GPS naviqasiya sistemi, 700 ədəd BLU-109 bombası üçün nəzərdə tutulan lazer tuşlayıcı sistemi, 3000 ədəd yer-hava tipli “Hellfire” raketləri və 250 ədəd hava-hava tipli raketlərin satılması nəzərdə tutulur.

ABŞ Səudiyyə Ərəbistanına isə 10 ədəd MH-60 “Black Hock” vertolyotu, yüzlərlə “Hellfire” raketləri və lazer tuşlayıcı sistemi olan raket və bombalarını satacaq.

ABŞ Konqresinin verdiyi məlumata əsasən, 2010-2014-cü illər ərzində Səudiyyə Ərəbistanı ABŞ-dan 90 milyard dollar məbləğində hərbi texnika, avadanlıq və silah-sursat alıb.

  • Yazılıb
  • da (də) 2015 May 23