Tarix : 2015 May 21
Kod 45934

Təbriz Universiteti "Şəhriyar Daimi Nişanı"nı verir

Təbriz Universitetinin rektoru beynəlxalq səviyyədə "Şəhriyar Daimi Mədəniyyət Nişanını"nın veriləcəyindən xəbər verib.

AranNews - AranNews Təbriz Universitetinin ictimai əlaqələr bölməsinə istinadla xəbər verir ki, Məhəmmədrza Purməhəmmədi festivalın Təbriz Universitetinin "Azərbaycanşünaslıq Araşdırmalar İnstitutu"nun təşəbbüsü ilə bu il16 sentyabrda keçiriləcəyini bildirərək artırıb: "Ona görə də Təbriz Universitetinin Azərbaycanşünaslıq Araşdırmalar İnstitutunda festivalın daimi katibliyi yaradılmışdır".

Qeyd olunan beynəlxalq festival Azərbaycanın adının daha da tanınması, onun zəngin mədəniyyətinin, coğrafiyasının, memarlıq və incəsənətinin tanıdılması məqsədilə keçiriləcəyini açıqlayan rektor vurğulayıb: "Bu nişanın "Azərbaycan ədəbiyyatı və mədəniyyəti", "Azərbaycanın (qədim və yeni) coğrafiyası", "Azərbaycanın tarixi və sivilizasiyası", "Azərbaycanın arxitekturası və incəsənəti" kimi 4 əsas mövzu üzərində verilməsi nəzərdə tutulmuşdur".

Doktor Purməhəmmədi xatırladıb ki, alim və təhqiqarçılar qeyd olunan mövzular üzrə öz əsərlərini iyulun 22-nə kimi festivalın katibliyinə göndərə bilərlər.

Onun dediklərinə görə festivalın elanları farsca, azəri türkü və İstanbul türkcəsiylə məlumat veriləcək, həmçinin internet vasitəsilə də paylaşılacaq. Maraqlananlar, 04133314758 nömrəli telefonlara zəng edib əlavə məlumat ala bilər, həmçinin "MMTAZ@tabrizu.ac.ir" e-poçtu ilə əlaqə saxlaya bilərlər.

Habelə, xəbərdə bildirilir ki, festivalda iştirak etmək istəyənlər öz əsərlərini aşağıdakı ünvana göndərə bilərlər:

Təbriz, 29 Bəhmən prospekti, Təbriz Universiteti, Universitetin mərkəzi kitabxanası və  sənədlər mərkəzi, ikinci mərtəbə, otaq 301, Azərbaycanşünaslıq İnstitutunun ofisi.

  • Yazılıb
  • da (də) 2015 May 21