Tarix : 2015 May 21
Kod 45933

Ayətullah Xamenei: Biz hərbi obyektlərimizin yoxlanılmasına icazə verməyəcəyik

İslam inqilabının lideri: “Onlar bizdən istəyirlər ki, nüvə alimlərimizdən hesabat alsınlar. Bu istintaq deməkdir. Mən icazə verməyəcəyəm ki, əcnəbilər elmi bu dərəcəyə yüksəldən alimlərlə bu tərzdə danışsınlar və onları haqq-hesaba çəksinlər.”



AranNews-
Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün İmam Hüseyn (ə) Universitetinin tələbələri qarşısında nüvə müzakiərləri mövzusuna toxunaraq bildirib ki, İranın nüvə müzakirələri çərçivəsində Qərbin sabotajlarına reaksiyası sərt olacaq.
Ayətullah Xamenei son zamanlar nüvə danışıqlarında ABŞ tərəfindən İrandakı hərbi obyektlərə baxışların keçirilməsi, nüvə alimlərinin sorğu-suala cəlb olunması barədə səsləndirilən tələbləri yersiz və əsassız sayaraq, buna imkan verməyəcəyini bəyan edib.
İslam inqilabının lideri, həmçinin Fars körfəzi hövzəsindəki bəzi ölkələr tərəfindən İran sərhədinə yaxın bölgələrdə müharibə və qarşıdurma yaradılmasına yönəlik cəhdləri də tənqid edib və bu barədə xəbərdarlıq səsləndirib.
Ali Lider qərblilərin İranın nüvə alimləri ilə müsahibə üzrə istəklərini istintaq adlandıraraq vurğulayı ki, nüvə və hər bir digər mühüm sahənin alimlərinə hörmətsizlik edilməsinə icazə verilməyəcək: "Bu meydanda şücaətlə hərəkət edən İran İslam Respublikası rəsmiləri bilsinlər ki, kobud düşmən ilə yeganə mübarizə yolu, zəiflik göstərməmək və əzmkarlıqdır. Onlar müzakirələrdə İran xalqının müraciəti və əzəmətini göstərə bilməlidirlər.
Düşmənlər Fars Körfəzi regionundakı bəzi səfeh məsul şəxslərlə yanaşı, vasitəçi müharibələrini İran sərhədlərinə çəkib gətirmək niyyətindədirlər. İslam İnqilabı keşikçiləri və milli təhlükəsizlik mühitinin bütün keşikçiləri ayıq-sayıqdırlar və əgər İrana qarşı sabotaj törədirlərsə, İranın reaksiyası olduqca sərt olacaq."

  • Yazılıb
  • da (də) 2015 May 21