Tarix : 2015 May 19
Kod 45926

Rusiya xarici işlər naziri olkəsinin İrana S-300 təhvil verməsini müdafiə edib

Sergey Lavrov : Rusiya S-300-ün təhvilini birtərəfli məhdudlaşdırıcı addımları ləğv etmək və bu müqaviləyə öhdəlikli olmaqla icra edəcək

Arannews Rusiya xarici işlər naziri deyib ki, Rusiyanın İrana S-300 raket sistemini təhvil vermək qərarının siyasi bir səhv olmasına dair fikirlə tam şəkildə müxalifdir.

Sergey Lavrov dünən Rossiskaya Qazeta ilə müsahibədə deyib: S-300 raketlərinin İrana təhvil verilməsi əsla qadağan deyildi, nə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən, nə də ki, Amerika və Avropa Birliyinin ikitərəfli sanksiyaları tərəfindən.

O, əlavə edib: Bu müqavilənin Rusiya tərəfindən dayandırılması əslində bu addımın İranın danışıqlarda daha səmərəli mövqeyə malik olmasına səbəb olacağını deyən qərbli şəriklərin istəyinə cavab olaraq həyata keçirilmişdi.

Lavrov qeyd edib ki, o zamandan bəri yetərli qədər zaman arxada qalıb və müsbət istiqamətdə bir çox dəyişiklilər baş verib və bütövlükdə bizim nöqteyi-nəzərimizcə, Lozanda əsas razılaşma əldə olunub ki, bizi İranla həmkarlığı gücləndirməyə təşviq edir.

Rusiya xarici işlər naziri deyib ki, Rusiya S-300-ün təhvilini birtərəfli məhdudlaşdırıcı addımları ləğv etmək və bu müqaviləyə öhdəlikli olmaqla icra edəcək.

  • Yazılıb
  • da (də) 2015 May 19