Tarix : 2015 May 19
Kod 45925

İslamçı məhbuslar həbsxanadan naməlum istiqamətə aparılıblar

məhbsular mayın 12-də Xələc qəsəbəsində yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsindən naməlum istiqamətə aparılıblar

Arannews Hicab məhbusu Surac Ağayev və digər məhbsular Xələc qəsəbəsində yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsindən naməlum istiqamətə aparılıblar. Bu barədə məhbusların yaxınları məlumat veriblər.

Bildiriblər ki, qara maskalı şəxslər həbsxanaya girərək onları oradan naməlum istiqamətə aparıblar. Hadisə baş verməmişdən 3 gün öncə, onlar ailələriylə əlaqə saxlayaraq ağır təzyiqlərə məruz qaldıqlarını bildiriblər. Belə ki, hicab məhbuslarının həbsxanada mətbəxə girişinə qadağa qoyulub və həmin müddət ərzində onlara yemək verilməyib. Bundan əlavə, onlar müxtəlif vasitələrlə həbsxanada təzyiqlərlə üzləşiblər.

Qeyd edək ki, islamçı məhbusların ailələri baş vermiş hadisə ilə əlaqədar olaraq ciddi narahatlıqlar keçirdiyini bilidiriblər. Ailələri hicab məhbuslarının tezliklə tapılmasını tələb edirlər.  Onu da qeyd edək ki, məhbusların həbsxanalardan bu yolla aparılması adətən "bunta cəhd" və "ciddi qanun pozuntuları" ittihamlarına əsasən olur.

İslamazeri.az-ın aldığı məlumata görə, hazırda islamçı məhbus və digər məhbuslar "Tubzon"dadırlar. Onların ora nə üçün aparıldığı bilinmir.

Qeyd edək ki, həbsxanadan naməlum istiqamətdə aparılanlar siyahısında Elimxan Hüseynovun da adı hallanırdı. Lakin Elimxan Hüseynov "Tubzon"a aparılan məhbuslarla birgə olmayıb. E.Hüseynov hazırda 5 saylı Cəzaçəkmə Müəssisəsindədir./faktxeber

  • Yazılıb
  • da (də) 2015 May 19