Tarix : 2015 May 19
Kod 45924

Möhsün Pakayin : Iran və Azərbaycan arasında ikitərəfli iqtisadi münasibətlərin genişlənməsi üçün yaxşı şərait mövcuddur

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri : İki qonşu və dost ölkə arasında çoxlu ortaqlıqları nəzərə alaraq ikitərəfli iqtisadi münasibətlərin genişlənməsi üçün yaxşı şərait mövcuddur və mövcud potensiallardan istifadə olunmalıdır.

Arannews İran İslam Respublikası və Azərbaycan Respublikası özəl sektor əməkdaşlıqlarını gücləndirirlər.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin Azərbaycanın Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyazi Əlizadə ilə görüşdə iki ölkənin özə sektorlarının əməkdaşlıqlarının gücləndirilməsini vurğulayıblar.

Niyazi Əlizadə bu görüşdə iki ölkə arasında özəl sektorun mehvərliyi ilə ixracatın genişlənməsinə kömək üçün Azərbaycan Respubliaksının Ticarət və Sənaye Palatasının hazırlığını bildirib.

Möhsün Pakayin də bu görüşdə ticarət münasibətlərinin genişlənməsinin əsas məsələsini müştərək ticarət palatasının yaradılması, viza qaydalarının sadələşdirilməsi, rüsumlarda tarazlığın yaradılması və iki ölkənin özəl sektorları dəstəkləməsi adlandırıb.

Pakayin İran və Azərbaycan Respublikasının iqtisadi münasibətlərinin inkişafda olduğunu bildirərək deyib: İki qonşu və dost ölkə arasında çoxlu ortaqlıqları nəzərə alaraq ikitərəfli iqtisadi münasibətlərin genişlənməsi üçün yaxşı şərait mövcuddur və mövcud potensiallardan istifadə olunmalıdır.

İranın Bakıdakı səfiri həmçinin iki ölkənin özəl sektorlarının əməkdaşlıq yollarının tanınması üçün müştərək dəyirmi masaların keçirilməsini istəyib.

  • Yazılıb
  • da (də) 2015 May 19