Tarix : 2015 May 18
Kod 45919

Türkiyə şiələrinin rəhbəri: Ərəbistan ABŞ və İngiltərəyə nökərçiliyinə son qoysun

Səlahəddin Özgündüz: Ali-Səud rejimi hazırda Yəməndə soyqırımı törədir; qoca, gənc, qadın və uşağı amansızcasına öldürür

Arannews Türkiyə şiələrinin rəhbəri deyib: Ərəbistan ölkə daxilində ruhanilərə təzyiq göstərmək və Yəməndə soyqırımı ilə ABŞ və İngiltərəyə nökərçiliyini davam etdirir. Səhər kanalının məlumatına görə, Səlahəddin Özgündüz İstanbulun Zeynəbiyyə məscidində etdiyi çıxışında əlavə edib: Ali-Səud rejimi hazırda Yəməndə soyqırımı törədir; qoca, gənc, qadın və uşağı amansızcasına öldürür; xəstəxanalara hücum edir və beynəlxalq qanunlara əsasən, hərbi cinayət sayılan silahları Yəmənin azadlıqsevər xalqına qarşı işlədir.

Türkiyə şiələrinin rəhbəri Ərəbistanın ölkə daxilində azadlıqsevərlərə təzyiq göstərməsinə toxunaraq, deyib: Ayətullah Nimr Baqir Əlnimr Ərəbistan rejimi tərəfindən edama məhkum edilib. Bu məsələnin reallaşması cinayət olacaq. Ali-Səuddan istəyirik ki, tez bir zamanda bu qəbuledilməz və bəşəriyyətə zidd hökmü ləğv etsin və ABŞ və İngiltərəyə nökərçiliyinə son qoysun.

Türkiyə şiələrinin rəhbəri deyib: Ərəbistandakı müstəqil ruhanilər həmin ölkə dövlətinin ünsürləri tərəfindən işgəncə edilir. Ayətullah Nimrin günahı budur ki, ölkəsinin xalqı üçün bərabərlik, azadlıq və demokratiya istəyir.

Türkiyə şiələrinin rəhbəri həmçinin Ərriyadın Yəməndəki qətli-amlarına son qoyulması üçün dünya ictimaiyyətinin səy göstərməsini istəyib.

  • Yazılıb
  • da (də) 2015 May 18