Tarix : 2015 May 18
Kod 45916

Milli Şura BMM-də siyasi məhbuslarla bağlı tədbir keçirəcək

Siyasi məhbusların azadlığı ugrunda mübarizə aparmaq hər bir insanın borcudur.

Arannews Gəlin siyasi məhbusların azadlığı ugrunda mübarizəmizi birləşdirək və gücləndirək!

Bu barədə Milli Şuranın mətbuat katibi Oqtay Gülalıyev məlumat verib.

O.Gülalıyev qeyd edib ki, " Milli Şura siyasi məhbusların azadlığı ugrunda mübarizəsini davam etdirir. Bu istiqamətdə növbəti tədbirimiz 19 may saat 12 00- da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq. BMM- in böyük akt zalında (Təqdimat mərasimi zalı- red.) keçiriləcək toplantımız siyasi məhbuslarla bağlı ictimai dinləmələr olacaq. Toplantıda siyasi məhbuslarla bağlı yaranmış son durum müzakirə ediləcək. Problemi doğuran səbəblər və çıxış yolları araşdırılacaq, növbəti addımlarımız müəyyənləşəcək. Toplantının sonunda yekun Bəyannamə qəbul ediləcək.

İctimai dinləmələrdə yerli və beynəlxalq təşkilatların nümayəndələri, vətəndaş cəmiyyəti fəalları ilə yanaşı siyasi məhbus ailələri, onların vəkilləri, ziyalılar, siyasi partiya rəhbərləri, hüquq müdafiəçiləri və s. iştirak edəcək.

Siyasi məhbusların azadlığını istəyən, bu istiqamətdə çalışan, mübarizə aparan hər kəsi tədbirimizdə görməkdən şad olarıq.

Böyük türk şairi Nazim Hikmətin gözəl bir sözü var; "... Sən yanmasan, mən yanmasam, biz yanmasaq necə çıxar qaranlıqlar aydınlığa!?". Siyasi məhbusların azadlığı ugrunda mübarizə aparmaq hər bir insanın həm də vicdan borcudur. Çünki onlar başqalarının haqqı və azadlığı ugrunda mübarizə apararkən öz azadlıqlarını qurban veriblər. Onların azadlığa çıxmağı həm də bizlərin apardığı mübarizənin effektindən və gücündən asılıdır. Gəlin siyasi məhbusların azadlığı ugrunda mübarizəmizi birləşdirək və gücləndirək!"

  • Yazılıb
  • da (də) 2015 May 18