Tarix : 2015 May 14
Kod 45895

Ermənistanda polislə Qarabağda həlak olmuş əsgərlərin anaları arasında toqquşma olub

toqquşmada baş leytenant rütbəli polis 2010-cu ildə Qarabağda həlak olmuş Valeri Muradyanın anası Nana Muradyanı və həmin il həlak olmuş Artur Qazaryanın anası İrina Qazaryanı sürüyərək, döyə-döyə iqamətgahdan uzaqlaşdırıb

Arannews - Ermənistan prezidentinin iqamətgahının qarşısında polislə Qarabağda həlak olmuş əsgərlərin anaları arasında toqquşma olub .

Məlumata görə, erməni analara 11 fevral 2015-ci il tarixdən prezident administrasiyasının önündə aksiya keçirmək qadağan edilib. Amma bundan sonra bir neçə dəfə həlak olmuş erməni əsgərlərin anaları ilə polis arasında toqquşma olub .

toqquşmada baş leytenant rütbəli polis 2010-cu ildə Qarabağda həlak olmuş Valeri Muradyanın anası Nana Muradyanı və həmin il həlak olmuş Artur Qazaryanın anası İrina Qazaryanı sürüyərək,        döyə-döyə iqamətgahdan uzaqlaşdırıb .

Hadisə zamanı polislər şou düzəldərək əsgər analarının onları vurduğunu iddia ediblər. 

  • Yazılıb
  • da (də) 2015 May 14