Tarix : 2015 May 10
Kod 45867

Bəzi qonşu ölkələrdə islamçı məhbuslar əfv üçün məktub yazmağı qəbul etməməklə öz məqsədlərini müdafiə etdilər

Ayətullah Amili bu həftənin cümə namazında imam Musa Kazimin (ə) şəhadəti münasibətilə qonşu ölkələrdə islamçı məhbuslar barədə önəmli bəyanatlar verdi və onların əfv məktubu yazmağı qəbul etməmələrinə toxunaraq, bunu islamçıların öz məqsədlərinı müdafiə etdikləri kimi dəyərləndirdi.

AranNews- Redaksiyamızın Qafqaz Mədəniyyət Mərkəzinə istinadla verdiyi məlumatına görə Ərdəbilin imam cüməsi və Vəliyyi-fəqihin əyalətdə nümayəndəsi bu həftəki cümə namazının xütbələrində imam Musa Kazimin (ə) şəhadət gününün yaxınlaşmasına işarə edərək dedi: "İmam Musa Kazim (ə) 11 il Harun Ər-Rəşidin gecə və gündüzü bilinməyən zindanlarında ən ağır işgəncələr altında qaldı, lakin heç vaxt öz məqsədindən dönmədi. Hətta, Harun xəbər göndərmişdi ki, ondan əfv və bağışlanmaq istədiyi surətdə dünyanın bütün xoşluqlarını onun ixtiyarında qoyacaq".
İmam cümə artırıb: "Bizim qonşu ölkələrimizdə xüsusən də Ərəbistanda elə böyük insanlar var ki, öz ideya və hədəflərinə xatir həbs olunublar. İmam Musa Kazim (ə) buyurur: "Bir tərəfdən zindan günlərimdən azalır, bir tərəfdən də ömrümdən azalır. Sonu olmayan bir gündə biz qarşılaşacağıq". İmam (ə) özünün bu əməli ilə insanlara zəman dərsi öyrədib.
Harun dedi ki, əgər keçmiş günlərindən peşman olmağına aid məktubu imzalasan, səni azad edərəm və dünya malından qəni edərəm. Lakin, imam (ə) mabariz insan idi, ona görə də Harunun cavabında buyurdu: Əgər bu hökumətlə əməkdaşlıq etsən, cəhənnəm əhlisən.
İmamın (ə) bu rəftarı məqsədli həyat, məqsədli xərcdir. İmam (ə) öz canını fəda etdi ki, biz düzgün yolda olaq.
Bu insanlar zindanda sınmadılar, üstəlik əzəmət qazandılar".
Ayətullah Amili xütbəsinin davamında Ərəbistan dövlətinin imam Musa Kazimin (ə) şəhadəti günü Ayətullah Nimrin başını kəsəcəyini elan etməsinə toxunaraq dedi: "Ərəbistan bu əməli ilə Ərəbistan və dünya şiələri ilə özü arasındakı körpüləri qırır və bunun ağır bahasını ödəməli olacaq".
Yəmənin bombalanmasının bərkiməsinə və tamamilə qida və dərman mühasirəsində olmasına toxunan imam cümə dedi: "Yəməndə qorxulu bir soyqırım baş verməkdədir. Səudiyyəlilərin gözü bağlı, bərk və hədəfsiz bombaranları onların hiddətindən və öz məqsədlərinə çatmaqda nakam qalmalarından xəbəb verir".

  • Yazılıb
  • da (də) 2015 May 10