Tarix : 2015 May 10
Kod 45866

Azərbaycan və Ermənistan Latviyada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

“Sammit çərçivəsində ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya ya Azərbaycan və Ermənistan prezidentlərinin, ya da iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil edəcək”

Arannews - Azərbaycan və Ermənistan tərəfi 21-22 may tarixlərində Latviyanın paytaxtı Riqada baş tutacaq “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək .

RİA “Novosti” agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının (Aİ) adının çəkilməsini istəməyən nümayəndəsi bildirib .

 Sammit çərçivəsində ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya ya Azərbaycan və Ermənistan prezidentlərinin, ya da iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil edəcək”, - deyə Aİ rəsmisi qeyd edib .

O bildirib ki, münaqişənin həllinə qədər ATƏT-in Minsk Qrupunun formatı dəyişməyəcək .

 “Biz amerikanlı, rus və fransız həmkarlarımızın münaqişənin həllinə dair səylərinə inanırıq. Təəssüf ki, bu, çox çətin prosesdir”, - deyə Aİ nümayəndəsi vurğulayıb.

  • Yazılıb
  • da (də) 2015 May 10