Tarix : 2015 Apr 26
Kod 45771

Rövşən Əhmədli : İran Islam Respublikasi Qarabağ münaqişəsində həmişə Azərbaycan Respublikasının hamisi olub

Qarabağ İslami Müqavimət Hərəkatının rəhbəri ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllindəki funksiyasını tənqid edib

AranNews - Qarabağ İslami Müqavimət Hərəkatının rəhbəri regionun islam ölkələri, xüsusilə də İran islam respublikasinin işğal olunmuş Qarabağın azad olunması istiqamətindəki əməkdaşlığını çox təsirli adlandırıb.

Səhər Beynəlxalq Televiziyasına müsahibə verən Rövşən Əhmədli həmçinin İran İslam Respublikasının mövqelərini alqışlayıb və deyib:İran Islam Respublikasi Qarabağ münaqişəsində həmişə Azərbaycan Respublikasının hamisi olub.
Qarabağ İslami Müqavimət Hərəkatının rəhbəri ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllindəki funksiyasını tənqid edib .

1988 -ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi İrəvan və Bakı arasında gərginliyin əsas səbəbidir .

1994 -cü ildə iki tərəf atəşkəs müqaviləsi imzaladı və həmin zamandan Rusiya, Fransa və Amerikanın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edirlər .

Minsk Qrupunu bu sahədəki fəaliyyətinin indiyə qədər nəticəsi olmamışdır.

  • Yazılıb
  • da (də) 2015 Apr 26