Tarix : 2015 Apr 26
Kod 45770

İran Azərbaycan Respublikası vətəndaşları üçün heç bir məhdudiyyət yaratmayıb

Seyid Məhəmməd Hüseyn Ayətullahi : İran nəinki Azərbaycan Respublikası vətəndaşlarının səfərləri üçün məhdudiyyət yaratmaq ardınca deyil, əksinə Azərbaycan Respublikası vətəndaşlarının gediş-gəlişini asanlaşdırmaq üçün sərhəd gömrüklərinin iş vaxtını artırıbdır

AranNews - İranın Bakıdakı səfirliyi bildirib ki, İran Azərbaycan Respublikası vətəndaşları üçün heç bir məhdudiyyət yaratmayıb. İki ölkə arasındakı keçidlərdə Azərbaycan Respublikası vətəndaşları üçün məhdudiyyətin yaradılması barədə xəbərlərin yayılmasının ardınca İranın Bakıdakı səfirliyinin media məsulu Seyid Məhəmməd Hüseyn Ayətullahi bu xəbəri təkzib edərək, deyib: İran Azərbaycan Respublikası vətəndaşları üçün heç bir məhdudiyyət yaratmayıb .

O, Tehranın iki ölkə arasında xalq əlaqələrinin gücləndirilməsinə meylli olduğunu bildirərək, deyib ki, Azərbaycan Respublikası vətəndaşları vizanın ləğvi qanunundan istifadə edərək, istədikləri zaman İrana səfər edə bilərlər .

Ayətullahi sonra deyib: İran nəinki Azərbaycan Respublikası vətəndaşlarının səfərləri üçün məhdudiyyət yaratmaq ardınca deyil, əksinə Azərbaycan Respublikası vətəndaşlarının gediş-gəlişini asanlaşdırmaq üçün sərhəd gömrüklərinin iş vaxtını artırıbdır.

  • Yazılıb
  • da (də) 2015 Apr 26