Tarix : 2015 Apr 26
Kod 45767

Ərdəbilin imam cüməsi : Azərbaycan prezidenti Ərəbistana səfər etməklə müharibəni təsdiq etdi, üstəlik, onu dəstəklədi

Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi İlham Əliyevin Ərəbistana səfər etməsinə toxunaraq deyib: "Azərbaycan prezidenti Ərəbistana səfər etməklə müharibəni təsdiq etdi, üstəlik, onu dəstəklədi"

AranNews - Redaksiyamızın "Qafqaz.ir"-a istinadla verdiyi xəbərə görə, həzrət Ayətullah Amili Ərəbistanın müharibəni dayandırmaq barədə qərarına işarə edərək deyib: "Ərəbistan, Amerikaya, müttəfiqlərinə, ordu və təchizatına arxalanmaqda böyük hesablama səhvinə düçar oldu".

İmam cümə artırıb: "Bu müharibənin tələfatı çox olsa da bir sıra müsbət təsirlər qoydu. O cümlədən:

- Yəmən xalqının Ənsarullaha etibarı və husilərə qarşı neçə illik psixoloji müharibənin zərərsizləşməsi.

- Ərəbistanın heysiyyət və siyasətinə böyük zərər dəyməsi.

- Ümumi diplomatiya baxımından Ərəbistanın bərk məğlub olması və Yəmən xalqında Ərəbistana qarşı daimi nifrətin yaranması.

- Ərəbistanda kralın ağzına baxıb bəzən cihad, bəzən də müharibənin dayanmasını vacib bilən vəhabi ruhanilərinin abrının getməsi.

- Ərəbistan xalqının zehnində "Yəmənin məzlum və günahsız əhalisi nə üçün qətliam edilir?" sualının formalaşması.

- Ali-Səudun həcc əmiri və iki hərəmin (Məkkə və Mədinə) xadimi olmağa ləyaqət və səlahiyyətinin olmamasının sübuta yetməsi.

- Səudiyyə Ərəbistanının ordusunun zəifliyinin üzə çıxması. Baxmayaraq ki, Amerikanın ən güclü yüksək döyüş avadanlığı ilə təchiz olunmuşdu.

- Ərəbistanın bu cinayəti qarşısında sükut edən, üstəlik qatilin tərəfini saxlayan, onu dəstəkləyən və təsdiq edən Avropa Birliyinin, Amerikanın və beynəlxalq təşkilatların fəaliyyətlərinin sual altına düşməsi.

İmam cümə bu barədə dedi: "İslam Əməkdaşlıq Təşkilatı tezliklə rəsmi surətdə Ali-Səudun səlahiyyətsizliyini elan etməli, həcc və iki şərəfli hərəmə qəyyumluğu İslam ölkələri toplusuna tapşırmalıdır".

Ayətullah Amili Yəməndə şiə, sünnü, zeydi və digər firqələr arasında, həmçinin ölkənin şimal və cənub bölgələrinin müxtəlif tayfa və qəbilələr arasında vəhdətin yaranmasını, Ərəbistan tərəfdarları qanadının zəifləməsini bu müharibənin digər bərəkətləri adlandırdı.

İmam cümə bu cinayətdə Ərəbistanı dəstəkləyən və təsdiq edən ölkələrin mahiyyətinin aşkar olmasını da bu müharibənin bərəkətlərindən adlandırdı və bizim qonşu ölkələrimizdən birinin müharibəni təsdiq etməkdən və dəstəkləməkdən əlavə müharibə əməliyyatlarının qızğın vaxtında yüksək səviyyəli heyətlə Ali-Səud rejiminə "yorulmayasız" demək üçün Ərəbistana səfər etməsinə toxunaraq bu ölkə dövlətini (Azərbaycan Respublikası dövlətini) tənqid etdi və doplomatik baxımdan bu səfəri mətanəti, vüqarı olmayan və ağıldan uzaq bir səfər adlandırdı.

Həzrət Ayətullah Amili həmçinin bilidirdi ki, bu hücumun məğlubiyyətə uğraması Amerikanın Yaxın Şərqdə siyasətlərinin tamamilə məğlubiyyətə uğramasını və İran İslam Respublikasının yeni qələblələrini göstərir. 

  • Yazılıb
  • da (də) 2015 Apr 26