Tarix : 2015 Apr 26
Kod 45766

Türkiyə, ABŞ və İngiltərə Qafqazda təkfirçi terrorçularu təşkilatlandırır

ABŞ, İngiltərə və Türkiyə kəşfiyyat komandirlərinin NATO-nun İncirlikdəki hərbi bazasında baş tutan son ortaq iclasında Suriya və İraqdakı təkfirçi qruplardan bir hissəsinin Şimali Qafqaza göndərilməsi mövzusu müzakirə olunub və belə qərara alınıb ki, bu layihə Gürcüstan ölkəsi (Pankisi dərəsi) vasitəsilə icra edilsin

AranNews - AranNewsin BBC kürd jurnalisti Ziyar Gülə istinadla verdiyi xəbərə görə ABŞ kəşfiyyat xidməti (CİA), İngiltərə kəşfiyyat xidməti (Mİ5) və Türkiyə kəşfiyyat xidməti (MİT) komandirlərinin NATO-nun Türkiyənin İncirlikdə yerləşən hərbi bazasında baş tutan son ortaq iclasında Suriya və İraqdakı təkfirçi qruplardan bir hissəsinin Şimali Qafqaza göndərilməsi mövzusu müzakirə olunub və belə qərara alınıb ki, bu layihə Gürcüstan ölkəsi (Pankisi dərəsi) vasitəsilə icra edilsin.

Bu layihiyə əsasən, Ən-nusrə və İŞİD-in tərkibində olan döyüşkən və təsirli terrorçu ünsürlər (əsasən də özbək, qırğız, azəri, tacik, çeçen və rus millətlərindən olanlar) Şimali Qafqaza göndəriləcək və orada təşkilatlanacaq.

Artıq ilk qruplar Gürcüstan vasitəsilə Qafqaza daxil olub. Layihəyə görə qeyd edilən bu təşkilatlanmış terrorçu qruplar bütün Rusiyada, xüsusən də Tatarıstan, Başqırıstan və Volqa çayı boyunca müsəlmanlar yaşayan bölgələrdə yerləşəcəklər. Bu layihənin maliyyə xərcləri isə İngiltərə kəşfiyyat xidmətlərinin nəzarəti ilə Səudiyyə Ərəbistanı tərəfindən təmin ediləcək.

  • Yazılıb
  • da (də) 2015 Apr 26