Tarix : 2015 Apr 25
Kod 45765

Beynəlxalq İnsan Hüquqları Evləri Şəbəkəsi İlham Əliyevi siyasi məhbusları azad etməyə çağırıb

40-dan çox xarici hüquq-müdafiə təşkilatı İlham Əliyevi siyasi məhbusları azad etməyə çağırıb

Arannews - Beynəlxalq İnsan Hüquqları Evləri Şəbəkəsi prezident İlham Əliyevi həbsdə olan hüquq müdafiəçiləri, jurnalistlər və siyasi fəalları azad etməyə çağırıb .

Müraciətdə dünya üzrə nüfuzlu hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərovun barəsində son hökmlərdən narahatlıq ifadə edilib .

Müraciət müəllifləri İ.Əliyevi vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı repressiyalara son qoymağa, bütün hüquq müdafiəçiləri, jurnalistlər və fəalları, o cümlədən İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla və Arif Yunuslar, Anar Məmmədli, jurnalist Xədicə İsmayılovanı azad etməyə çağırıb .

Hüquq müdafiəçilərinə qarşı həbslər 2014-cü ilin yay və payızında aparılıb .

Bəzi fəallar repressiyalardan ehtiyat edərək ölkəni tərk ediblər və ya gizlənməyə məcbur olublar .

Müraciəti Avropanın müxtəlif ölkələrindən 40-dan çox QHT nümayəndəsi imzalayıb.

  • Yazılıb
  • da (də) 2015 Apr 25