Tarix : 2015 Apr 25
Kod 45763

Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilib

görə görüşdə Serj Sərkisyan Vladimir Putinin “erməni soyqırımı” ilə bağlı...

Arannews - Rusiya prezidenti Vladimir Putin “erməni soyqirim”nin 100 illiyi ilə bağlı Yerevana səfəri çərçivəsində Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb .

görüşdə Serj Sərkisyan Vladimir Putinin “erməni soyqırımı” ilə bağlı bir neçə gün bundan öncə etdiyi çıxışa görə ona təşəkkür edib.   Serj Sərkisyan deyib ki, Rusiya dövləti Fransa və Böyük Britaniya ilə birlikdə 100 il bundan əvvəl Osmanlı imperiyasında ermənilərə edilmiş “cinayəti” tanıyıb

 Rusiya bu barədə ardıcıl siyasət nümayiş etdirir. Buna görə də mən çox şadam. Sizə Yerevena gəldiyinizə görə təşəkkür edirəm. Bir daha Ermənistana xoş gəlmisiniz ”. 

Kreml başçısı Vladimir Putin isə Rusiya ilə Ermənistan arasındakı əlaqələrə toxunub. O bildirib ki, hər iki ölkənin Xarici İşlər Nazirliyi Avrasiyaya inteqrasiya prosesi ilə bağlı sıx şəkildə əməkdaşlıq edir. Rusiya lideri əlavə edib ki, ölkəsinin Ermənistanla iqtisadi əlaqələri pozitiv dinamikaya malikdir .

 Kreml bütün çətinliklərə baxmayaraq əmtəə dövriyyəsini artırdı. Bu pozitiv dinamikanı saxlamaq əhəmiyətlidir.  Rusiyanın Ermənistana kapital qoyuluşları artır, ölkənin xarici investisiyasının 40 faizi Rusiya mənşəlidir”,-deyə Vladimir Putin qeyd edib . /modern.az

  • Yazılıb
  • da (də) 2015 Apr 25