Tarix : 2015 Apr 25
Kod 45762

Vladimir Jirinovski : 1991-ci ildə rusları ən çox Ermənistandan qovublar

Vladimir Jirinovski Rusiya Dumasında “erməni soyqırımı” ilə bağlı xüsusi bəyanatın qəbulunu kəskin tənqid edib

Arannews - Vladimir Jirinovski bu gün Rusiya Dumasında “erməni soyqırımı” ilə bağlı xüsusi bəyanatın qəbulunu kəskin tənqid edib .

vitse-spiker çıxışında ermənilərə yeni bəyanatın göndərilməsinin mənasız olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya artıq “soyqırım”la bağlı rəsmi münasibətini bəyan edib :

 “Mən Ermənistana qardaşlıq haqqında nəsə yazılmağının tərəfdarı deyiləm. Belə qardaş dövlətlər və qardaş xalqlar olmur. 1991-ci ildə rusları ən çox Ermənistandan qovublar. Bu gün o ən təkmillətli dövlətdir. Hər yerdə rus və digər millətlərin nümayəndələri var, amma Ermənistanda onlar yoxdur. Ona görə də burada qardaş Ermənistan haqqında yazmaq lazım deyil. Ermənistana qonşularından təhdid olmasa, onlar bizimlə xoş münasibətlər qurmazlar. Burada məsələ kiminsə kiməsə qardaş olmasında yox, coğrafiyadadır”.

  • Yazılıb
  • da (də) 2015 Apr 25