Tarix : 2015 Apr 23
Kod 45757

Azərbaycan Respublikasının DQİDK sədri İrana səfər edəcək

səfərin məqsədi iki ölkə arasında dini sahədə təcrübə mübadiləsi və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə etməkdir

Arannews -  Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahiminin dəvəti ilə bu ölkəyə səfər edəcək .

mayın 2-dən 6-dək davam edəcək səfərin məqsədi iki ölkə arasında dini sahədə təcrübə mübadiləsi və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə etməkdir .

Səfər çərçivəsində M. Qurbanlının Tehran, Təbriz və Qum şəhərlərində dövlət rəsmiləri və din xadimləri ilə görüşləri də nəzərdə tutulub.

  • Yazılıb
  • da (də) 2015 Apr 23