Tarix : 2015 Apr 23
Kod 45755

imam Məhəmməd Təqinin (ə) məqbərəsinin ziyarətinə gedənlərə hücum edilib

bu terror aktında 7 zəvvar Şəhid olub Və 12 zəvvar müxtəlif dərəcədə yaralanıb

Arannews -  İraqda ötən gün axşam imam Məhəmməd Təqinin (ə) məqbərəsinin ziyarətindən dönən zəvvarlara Samirra şəhərinin cənubunda hücum edilib, 7 zəvvar Şəhid olub .

Hücum üzərində partlayıcı daşıyan kamikadzenin özünü partlatması ilə həyata keçirilib .

Samirra şəhərinin cənubunda əl-İshaqi deyilən ərazidən keçən yolda törədilən bu terror aktında 12 zəvvar müxtəlif dərəcədə yaralanıb .

Qeyd edək ki, Samirra şəhərində Şiə Vəqfiyyat İdarəsinin sədri şeyx Sami əl-Məsudi 10-cu imamın şəhid edilməsinin ildönümü münasibətilə Samirra şəhərinə iki milyon zəvvarın toplaşdığından xəbər verib.

  • Yazılıb
  • da (də) 2015 Apr 23