Tarix : 2015 Apr 23
Kod 45752

RUSIYA XIN : Rusiya , Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdir

Sergey Lavrov : Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiya çox şey edir və bu istiqamətdə işləməkdə davam edirik

Arannews -  “Biz Dağlıq Qarabağ münaqişəsinin həllinin, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıyıq ”.

bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Exo Moskvı" və "Qovorit Moskva" radiolarına müsahibəsində bildirib .

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiya çox şey edir və bu istiqamətdə işləməkdə davam edirik ki, mürəkkəb olan bu münaqişənin düyünün açılması yolunu tapaq. Biz   ATƏT-in Minsk qrupu çərçivəsində işləyirik. Müntəzəm olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşürük. Bizim prezident də Azərbaycan və Ermənistan liderləri ilə görüşlərində bu məsələni müzakirə edir. Hər iki tərəf üçün məqbul olan əsası tapmağa imkan var. Ümid edirəm ki, bundan sonrakı əlaqələr bu problemin həllini tezləşdirəcək. Fikrimcə, artıq problemin həllinin vaxtı çoxdan yetişib ".

S. Lavrov Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun may ayında Moskvaya səfər edəcəyini də bildirib.

  • Yazılıb
  • da (də) 2015 Apr 23