Tarix : 2015 Apr 22
Kod 45751

Astara və Biləsuvar gömrüyündə yeni qayda

Astara və Biləsuvar gömrük məntəqələrində yeni qaydaya keçilib-2 dəfədən artıq olmaz

Arannews - Biləsuvar gömrük məntəqəsi yeni qaydaya keçib .

Bu qaydaya görə, Azərbaycan vətəndaşları İrana hər 15 gündən bir buraxılırlar. Əvvəllər hər bir Azərbaycan vətəndaşına İrana həftədə bir dəfə getməyə icazə verirdilər .

Astara keçid məntəqəsi də yeni qayda ilə işləməyə hazırlaşır. Burda da Azərbaycan vətəndaşları İrana ayda iki dəfədən artıq buraxılmayacaqlar .

İran 2009-cu ildə Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib. Azərbaycanlılar keçid məntəqələrində viza olmadan xarici pasportu təqdim etməklə İrana keçə bilirlər. Lakin iranlılar Azərbaycana gələrkən viza almalı olurlar./faktxeber

  • Yazılıb
  • da (də) 2015 Apr 22