Tarix : 2015 Apr 21
Kod 45743

icra başçısından Şəhidə qarşı hörmətsizlik

icra başçısı çox böyük tərbiyyəsizliyə yol verib: "Şəhidinə sayğı göstərmək əvəzinə "mal ölüsü aparırsınız, ya meyit, bu nə hay küydür" kimi sözlərlə camaatı təhqir edib

Arannews -  "Biləsuvar rayon icra başçısı Mahir Quliyev dəfn prosesinə qatılan icra başçısı çox böyük tərbiyyəsizliyə yol verib ."

bu barədə hərbi ekspert Üzeyir Cəfərov malumat verib .

"Ötən həftə düşmən snayperinin atəşinə tuş gəlmiş Azərbaycan Silahlı Qüvvələrinin giziri Şahmurad Əlizadənin dəfn mərasimində rayonun icra başçısı Mahir Quliyev adlı şəxs çox böyük rüsvayçılığa yol verib. Rayon ictimaiyyətinin nümayəndələri şəhidi çiyinlərində müsəlman qayda-qanunlarına müvafiq olaraq "Allahu Əkbər!", "şəhidlər ölməz, Vətən bölünməz" nidaları ilə dəfn etməyə apararkən, yolun yarısında dəfn prosesi saxladılıb. Səbəb də o göstərilib ki, bəs sən demə icra basçısı Mahir Quliyevin başı çox qarışıq olubmuş, onu gözləmək lazımdır",- deyə Ü.Cəfərov qeyd edib .

Ekspertin sözlərinə görə, bir qədər sonra dəfn prosesinə qatılan icra başçısı çox böyük tərbiyyəsizliyə yol verib: "Şəhidinə sayğı göstərmək əvəzinə "mal ölüsü aparırsınız, ya meyit, bu nə hay küydür" kimi sözlərlə camaatı təhqir edib. Hələ bu da son deyil. Şəhidin meyiti zorla "UAZ" markalı avtomobilə qoyularaq təkbaşına dəfn yerinə aparılıb, çox pərt olan camaat da piyada şəhidin son mənzilə yola salınan yerinə getməli olub. Mənə çox qəribə gələn hadisə yerində Müdafiə Nazirliyinin məsul zabiti polkovnik Abdulla Qurbaninin susması və bu rüsvayçılığa təpki göstərməməsi olub. Şəxsən mən olsaydım rüsvayçı əmələ yol verən icra başçısının hərəkəti haqqında müdafə naziri general-polkovnik Zakir Həsənova dərhal məruzə edərdim. Yəqin ki, o da öz növbəsində bu rüsvayçı hərəkəti haqqında Biləsuvarın icra başçısına layiq olduğu yerini göstərərdi. İnanıram ki, bu və bir çox digər xoşagəlməz əməllərinə görə çox tezliklə Prezident İlham Əliyev tərəfindən bir çox icra başçıları, o cümlədən Mahir Quliyev də layiq olduqları qiyməti alacaqlar".

  • Yazılıb
  • da (də) 2015 Apr 21