Tarix : 2015 Apr 21
Kod 45742

"Hacı Mail Əliyevin seçilmiş şerləri" kitabının açılış mərasimi

"Hacı Mail Əliyevin seçilmiş şerləri" kitabının açılış mərasimi 20 apreldə keçirildi

AranNews - Şərqi Azərbaycan Vilayətinin İncəsənət Evinin müdiri Həsən Milani, Qafqaz şiə şerləri toplusunun bir hissəsi adı altında "Hacı Mail Əliyevin seçilmiş şerləri" kitabının işıq üzü görməsindən xəbər verib.

Cənab Milanı "Hacı Mail Əliyevin seçilmiş şerləri" kitabının nəşr edilməsini Şərqi Azərbaycan Vilayətinin İncəsənət Evinin İslam İnqilabı İncəsənəti həftəsinin sonuncu günü və şəhid Seyid Avininin ildönümü günü ilə olan proqramlardan biri çərçivəsində baş tutduğunu vurğulayaraq deyib: "Bu kitabda Hacı Mail Əliyevin Mehdi Nalbəndi tərəfindən tərcümə edilmiş və toplanmış dini və məzhəbi şerləri yer almışdır".

Bu kitabın Azərbaycan şairlərinin ilk Qafqaz şiə şeri toplusu olduğunu da qeyd edən Milani artırıb: "Hacı Mail Əliyevin seçilmiş şerləri" kitabında şairin din, intizar, İslam İnqilabı ilə bağlı şerləri, hikmət, qəzəl, qitələr, təxmis, tərcibənd, rübai və qoşmaları Şərqi Azərbaycan Vilayətinin İncəsənət Evi tərəfindən və Sureyi-Mehr Nəşriyyatının əməkdaşlığı ilə 270 səhifədə çap və nəşr olunmuşdur".

"Hacı Mail Əliyevin seçilmiş şerləri" kitabının tərcüməçisi Mehdi Nalbəndi bu kitabın Azərbaycan şairinin dörd divanı arasından seçilən əsərlərdən ibarət olmasını bildirərək deyib: "Hacı Mail Əliyev Azərbaycan Respublikasının tanınmış şair, qəzəlxan və təhqiqatçılarındandır. O, öz şerlərində əhli-beytə (ə) sevgi və sadəqətini göstərib, hikmət dolu,  Quranla bağlı şerləri ilə, həmçinin dil incəliyili və ədəbiyyat yeniliklikləri ilə öz dövrünün elitasından sayılır".

Qeyd edək ki, "Hacı Mail Əliyevin seçilmiş şerləri" kitabının açılış mərasimi Təbiz, Tehran və Azərbaycan Respublikasından dəvət olunmuş qonaqların iştirakı ilə 20 aprel, saat 17:30-da Təbriz Mərkəzi Kitabxanasında keçirildi. 

  • Yazılıb
  • da (də) 2015 Apr 21