Tarix : 2015 Apr 21
Kod 45740

Novruz Məmmədov avropalıları həyasızlıqda suçladı

Müstəmləkə sistemi dağılan vaxtlar Avropa ölkələri Afrika və asiyalılara...

Arannews -  “İnsan haqlarına bu qədər “qayğı” göstərən bəzi Avropa dövlətləri Aralıq dənizində Avropa arzusu ilə ölən minlərlə afrikalının taleyinə gündəlik hadisə kimi baxır. Aralıq dənizi artıq böyük qəbiristanlığa çevrilib ".

Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bunu Twitter səhifəsində yazıb .

N. Məmmədov Aralıq dənizinə "Arada ölənlər dənizi" adı verməyin daha məntiqli olduğunu vurğulayıb .

"Müstəmləkə sistemi dağılan vaxtlar Avropa ölkələri Afrika və asiyalılara qapıları açmışdı. Bu da geosiyasi məhəbbətin göstəricisi idi”, - deyə N. Məmmədov qeyd edib.

  • Yazılıb
  • da (də) 2015 Apr 21